Xəbər - Elçin Mehdiyev – Trend:
Əgər Azərbaycan kimi uzunmüddətli tərəfdaşımız olmasaydı, qaz təchizatı bizim üçün çətin olardı.
AzerTimes-ın məlumatına görə, bunu Gürcüstanın keçmiş baş nazirinin müavini Eka Tkeşelaşvili Qlobal Bakı Forumu çərçivəsində “Şərq tərəfdaşlığı: Potensialı nədir?” mövzusunda panel müzakirələri zaman deyib.
O bildirib ki, Rusiya enerji təchizatından müstəqillik əldə etməliyik.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.