Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə (+95 kq) Niderlandda baş tutan “Glory” Qran-prisində rəqibi nigeriyalı Tariq Osaro üzərində qələbə qazanıb.
AzerTimes xəbər verir ki, 1/4 final mərhələsində keçirilən döyüş azərbaycanlı idmançının üstünlüyü şəraitində keçib.
Bəhram Rəcəbzadə yarımfinalda Levi Reyters (Niderland) – Uku Djurzendal (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.
Məlumat üçün bildirək ki, “Glory” Qran-prisinin mükafatı 500 000 ABŞ dollardır.