2022-ci ilin sentyabrında Azərbaycanda maye karbohidrogen hasilatı əvvəlki ayla müqayisədə 5 min barrel artıb və orta hesabla 0,7 milyon barrel təşkil edib.
AzerTimes xəbər verir ki, bu barədə OPEK-in hesabatında bildirilib.
“Rəsmi mənbələrə əsasən, xam neft hasilatı orta hesabla 558 min barrel təşkil edib. Qiymətləndirmələrə əsasən, 2022-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatının əvvəlki illə müqayisədə 6 min barrel azalacağı və orta hesabla 0,7 milyon barrel təşkil edəcəyi gözlənilir. Proqnozlar 2022-ci ilin üçüncü rübündə iri neft yataqlarında hasilatın gözləniləndən 10 min barrel daha az olması ilə əlaqədar azaldılıb. 2022-ci ildə ölkədə yeni neft layihələrinin işə salınması gözlənilmir, köhnə yataqlardakı azalma isə digər yataqlardan hasilatın artırılması hesabına kompensasiya olunacaq.
2023-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı 49 min barrel artaraq 0,8 milyon barrelə çatacaq. Artım “Şahdəniz”, və “Abşeron” yataqları, eləcə də “Mərkəzi-Şərqi Azəri” layihəsi hesabına təmin olacaq”, – hesabatda qeyd olunub.