Azərbaycan karbamidi Hindistana ixrac edilir

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində
olan Sumqayıt Kimya Sənaye Parkının rezidentləri ixrac
coğrafiyasını genişləndirir.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, Sənaye Parkının rezidenti “SOCAR karbamid” zavodu
tərəfindən ilk dəfə olaraq Hindistana karbamid gübrəsinin ixracı
həyata keçirilib və ilkin mərhələdə qarşı tərəfə 5 min tondan çox
məhsul göndərilib.

2019-cu ildə fəaliyyətə başlayan “SOCAR karbamid” zavodu
ölkəmizin azot gübrəsi idxalından asılılığın aradan
qaldırılmasında, yerli fermerlərin tələbatının ödənilməsində mühüm
rol oynayır. Hazırda zavodda istehsal olunan məhsullar “Made in
Azerbaijan” brendi ilə Brazilya, Gürcüstan, Türkiyə, Moldova,
Rumıniya, İtaliya, Bolqarıstan və s. ölkələrə ixrac edilir.

Teqlər: