Azərbaycan İtaliyanın mühüm enerji tərəfdaşıdır – Xarici işlər naziri

Azərbaycan İtaliyanın mühüm enerji tərəfdaşıdır.

AzerTimes-ın məlumatına görə,
bunu İtaliyanın xarici işlər naziri Luici Di Maio ADA
Universitetində “Azərbaycan-İtaliya: çoxşaxəli strateji
tərəfdaşlığa gedən yol” adlı konfransda deyib.

Onun sözlərinə görə, qaz sahəsində əməkdaşlıq Azərbaycan və
İtaliya arasında əlaqələrin çox mühüm hissəsinə çevrilib.

Nazir əlavə edib ki, bu gün təməli qoyulan İtaliya-Azərbaycan
Universitetinin yaradılması sayəsində ölkələr arasında əlaqələr
yeni səviyyəyə qalxacaq.

“Bugünkü mərasim Azərbaycan və İtaliya arasında möhkəm
əlaqələrin daha bir təsdiqidir”, – deyə Luici Di Maio bildirib.

O, həmçinin əlavə edib ki, iki ölkə arasında akademik
tərəfdaşlığın gücləndirilməsi vacibdir.

Teqlər: