Azərbaycan-İtaliya münasibətlərinə səfirdən reaksiya

Azərbaycan-İtaliya münasibətlərinə səfirdən reaksiya

Artıq 30 ildir ki, ölkələrimiz arasında əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir. Bu gün bu əlaqələr xüsusi səviyyəyə çatıb.

AzerTimes xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri Bakıda İtaliyanın müstəqilliyinin 76-cı ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Klaudio Taffuri İtaliyanın xarici işlər nazirinin Azərbaycana səfəri zamanı Bakıda Azərbaycan-İtaliya Universitetinin yaradılmasına dair iki ölkə arasında strateji sazişin imzalanmasının humanitar sahədə əlaqələrin inkişafına zəmin yaratdığını xatırladıb:

“Koronavirus pandemiyası zamanı Azərbaycanın İtaliyaya dəstəyini də vurğulamaq lazımdır. Bu, ilk növbədə, ölkələrimiz arasında dostluq və sıx əlaqələrin jestidir”.

Teqlər: