Xəbər - Sədrəddin Ağcayev – Trend:
Azərbaycan İslam maliyyələşməsi vasitələrinin cəlb olunmasında
maraqlıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycan
Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov “Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində
kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda
konfransda deyib.
O bildirib ki, bugünkü gün Azərbaycanda bir neçə Türkiyə bankı
işləyir.
“Biz Azərbaycanda türkdilli ölkələrin qanunvericilik bazası və
maliyyələşmə alətlərinin inteqrasiyasında maraqlıyıq. Hökumətimiz
artıq bu istiqamətdə işlərə başlayıb”, – deyə o bildirib.
V.Zeynalov qeyd edib ki, bu cür hüquqi bazanın yaradılması
Azərbaycanda türkdilli ölkələrin banklarının sayının artmasına
xidmət edəcək.
(Tərcümə: Orxan Nəbiyev)