Şuşa. Trend:
Azərbaycan 2050-ci ilə qədər işğaldan azad olunan əraziləri
sıfır emissiya zonası elan etməyə hazırlaşır. Ona görə də burada
təbiətə dost olan bütün layihələrin həyata keçirilməsinə önəm
veririk.
AzerTimes-ın
məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və
təbii sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir bildirib ki, BMT ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq
mövcuddur və daha da çox olacaq.
“Xüsusilə də təbiətin mühafizəsi, suyun idarə edilməsi və digər
istiqamətlər üzrə proqramlar hazırlamışıq”, – deyə nazir
bildirib.