Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycan irimiqyaslı enerji layihələrində özünü etibarlı tərəfdaş kimi tanıdıb.
Trend-in məlumatına görə, Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi Məhəmməd Hamil Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılovla görüşü zamanı deyib.
Görüş zamanı M.Hamil Azərbaycanın karbohidrogen sahəsindəki tarixi rolunu vurğulayıb.
“Bu gün Azərbaycan dünya enerji arenasında vacib rol oynayır. Ölkə irimiqyaslı enerji layihələrində özünü etibarlı tərəfdaş kimi tanıdıb və enerji forumlarının, o cümlədən GECF və OPEC çərçivəsində forumların fəal iştirakçısıdır”, – deyə baş katib bildirib.
Səfir R.İsmayılov öz növbəsində təbii qazın bütün dünyada enerji təhlükəsizliyinin yüksəldilməsi üçün vacibliyini və qaz bazarlarında mövcud vəziyyət şəraitində tələb və təklif arasında balansın təmin olunmasının vacibliyini vurğulayıb.
Tərəflər 2022-ci ilin fevralında Qətərin paytaxtı Dohada keçiriləcək GECF üzv ölkələrinin dövlət və hökumət başçılarının 6-cı sammitinə hazırlıq məsələlərini müzakirə edib.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)