Azərbaycan İrandakı səfirliyini bərpa edir? – Təcili

Azərbaycan İrandakı səfirliyini bərpa edir? – Təcili

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan və İran xarici işlər naziri Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian arasında görüş baş tutub.

AzerTimes xəbər verir ki, görüş zamanı nazirlər Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu törədən şəxsə qarşı məhkəmə hökmündən sonra səfirliyimizin işinin bərpası istiqamətində addımlar barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Azərbaycan səfirliyə hücum edən terrorçunun ən sərt şəkildə cəzalandırılmayacağı təqdirdə səfirliyin fəaliyyətini bərpa etməyəcəyini açıqlamışdı.

Səfirliyimizə hücum edən terrorçu barəsində birinci instansiya məhkəməsində ölüm cəzası çıxarılıb.

“Tasnim” isə yazıb ki, Hüseyn Əmir Abdullahian bu görüşdən sonra yaxın vaxtlarda İranda Azərbaycan səfirliyinin fəaliyyətə başlayacağına inandığını deyib.

Teqlər: