Ədliyyə Nazirliyi beynəlxalq əlaqələr və məhkumların ekstradisiyası ilə bağlı statistikanı açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, son 5 il ərzində Ədliyyə Nazirliyi tərəfindən 161 əcnəbi məhkumun təhvil verilməsinə, xaricdə cəza çəkən 143 soydaşımızın isə Azərbaycana gətirilməsinə nail olunub.
Azərbaycan və İran Ədliyyə Nazirlikləri arasında hüquqi sahədə həyata keçirilən əməkdaşlıq çərçivəsində Ramazan bayramının qeyd olunduğu günlərdə – mayın 27-də ölkəmizdə cəza çəkən 19 nəfər iranlı məhkum xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə öz ölkəsinə təhvil verilib.