Noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan Aşqabadda qazın svop tədarükü barədə razılaşma imzalayıblar.
AzerTimes-ın məlumatına görə, razılaşmanın imzalanması mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi də iştirak ediblər.
Razılaşmaya əsasən, Türkmənistandan Azərbaycana İran vasitəsilə ildə 1,5 – 2 milyard kubmetrədək qaz göndəriləcək.