Azərbaycan-İran münasibətləri yeni mərhələyə daxil olub – Səfir

Xəbər - Elnur Bağışov – Trend:

Azərbaycanın ərazilərinin işğaldan azad olunmasından sonra Azərbaycan və İran münasibətləri yeni mərhələyə daxil olub.

AzerTimes-ın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabının 42-ci illiyi ilə əlaqədar videomüraciətində deyib.

S.A.Musəvinin sözlərinə görə, hazırda İran və Azərbaycan arasında səmimi əlaqələr var və bu münasibətlər daha da inkişaf edəcək.

Diplomat əlavə edib ki, İranın xarici siyasətində qonşu ölkələr prioritet təşkil edir: “İran qonşu, dost və qardaş Azərbaycanla həmişə səmimi və yaxşı münasibətlərin tərəfdarı olub”.

Qeyd edək ki, bu gün İranda İslam İnqilabının qələbəsinin 42-ci ildönümüdür. Bununla əlaqədar tədbirlər təşkil olunur.

Teqlər: