Xəbər - Elçin Mehdiyev – Trend:
Hesab edirik ki, iqtisadiyyatın pandemiyadan əvvəlki vəziyyəti bərpa olunmaq üzrədir.
AzerTimes-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, hazırda iqtisadi artım bərpa edilib ki, bu da olduqca önəmlidir.
“ÜDM-in artım dinamikasında müsbət trendlər güclənməkdədir. Tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində artım templərinin sürətlənməsi nəzərə çarpır.
Qiymətləndirmələrə əsasən 2021-ci il üzrə iqtisadi artım tempinin 5 faizdən yuxarı olmasını gözləyirik. Bu, həm beynəlxalq təşkilatların, həm də bizim ilkin proqnozlarımızla müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir”, – deyə nazir bildirib.