Xəbər - Elçin Mehdiyev – Trend:
2022-ci ilin yanvar ayında Azərbaycanda 9 milyard 257,6 milyon
manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox
ümumi daxili məhsul istehsal olunub.
AzerTimes-ın
məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6
faiz, qeyri neft-qaz sektorunda isə 8,8 faiz artıb.
ÜDM istehsalının 54,4 faizi sənaye, 8,4 faizi ticarət; nəqliyyat
vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,0
faizi tikinti, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və
balıqçılıq, 1,4 faizi informasiya və rabitə, 1,0 faizi turistlərin
yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,6 faizi digər
sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in
7,2 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 922,2 manata bərabər olub.