Xəbər - Sədrəddin Ağcayev – Trend:
Azərbaycan iqtisadiyyatına bir sıra ölkələrin investorlarının marağı dinamik şəkildə artır.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Biz ölkədə investisiya mühitinin daimi yaxşılaşdırılması hədəfini qarşımıza məqsəd qoyuruq. Ərazilərimizin işğaldan azad edilməsindən sonra regionda yeni geosiyasi və geoiqtisadi reallıq yaranıb. Azərbaycana əsasən Qərb, inkişaf etmiş ölkələr tərəfindən investisiyalar qoyulub. Bu, Azərbaycanın regionda əhəmiyyətinin artımasını göstərir”, – deyə nazir bildirib.
M.Cabbarov qeyd edib ki, Azərbaycanda mövcud olan makroiqtisadi sabitlik, milli valyuta məzənnəsinin dayanıqlı olması ölkənin investisiya mühitinə marağı artırır.
“Biz bu nəticəyə dövlət büdcəsindən infrastruktura çoxillik investisiyalar sayəsində nail olduq. Bu gün görürük ki, Azərbaycan beynəlxalq hesabatlarda təkcə mövqeyini qorumur, həm də irəliləyir. Bu proses daimi olmalıdır, çünki rəqabət mövcuddur”, – M.Cabbarov deyib.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)