Azərbaycan iqtisadiyyatı yüksək göstəricilər nümayiş etdirir – Nazir

Bu gün Azərbaycan iqtisadiyyatı həm maliyyə baxımından, həm də
yekun nəticə baxımından yüksək göstəricilər nümayiş etdirir.

Trend-in
məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda
Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

“Biz bu gün regional əməkdaşlığın artmaqda olan vacibliyini
görürük. Orta Dəhliz təkcə region üçün deyil, həm də Çindən
Avropaya yük axını üçün vacib marşruta mevrilib”, – nazir
deyib.

Onun sözlərinə görə, son onilliklərdə qonşu ölkələrlə
əməkdaşlıqda nəqliyyat və infrastruktura qoyulan investisiyalar bu
gün nəticə verir.

Enerji sektoruna gəldikdə, M.Cabbarov qeyd edib ki, “yaşıl”
enerjiyə tezliklə keçidi reallaşdırmaq lazımdır. Amma bu kontekstdə
daha çox müzakirələr aparmaq lazımdır.

Nazir əlavə edib ki, ərzaq təhlükəsizliyi qiymət artımı və
təklif azlığı qarşısında həssasdır, amma Azərbaycanın güclü maliyyə
mövqeyi, xarici borcun ÜDM-yə nisbətdə az olması və enerji
ehtiyatları axını bu riski azaldır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: