Xəbər - Zeyni Cəfərov – Trend:
2021-ci ilin birinci yarısında Azərbaycanın iqtisadiyyatının artımı 2 faiz təşkil edib.
AzerTimes-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, ölkənin qeyri-neft sektoru da 5 faizlik artım nümayiş etdirib: “Bütün bu göstəricilər Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən iqtisadi şaxələnməni nümayiş etdirir”.
Nazir əlavə edib ki, vergi və gömrük daxilolmaları üzrə də artım müşahidə olunur: “Azərbaycan qızıl-valyuta ehtiyatları artmaqda davam edir və bu, iqtisadi artıma əlavə təkan verir”.
(Tərcümə: Orxan Nəbiyev)