Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan iqtisadiyyatı gözlənildiyindən daha sürətlə bərpa olunur.
AzerTimes-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, pandemiya nəticəsində Azərbaycan iqtisadiyyatında baş verən azalma daha sürətlə bərpa olunur:
“ÜDM-nin bərpası daha sürətlə baş verir. Bu ilin 9 ayında ÜDM-nin real artımı 4.8 faiz təşkil edib. Azərbaycan iqtisadiyyatının pandemiyadan əvvəlki səviyyəyə gələcəyinin 2022-ci ildə baş verəcəyi nəzərdə tutulsa da görürük ki, carin ilin sonuna həmin səviyyəni bərpa edəcəyik ki, bu da çox uğurlu göstəricidir. Qeyri-neft sektorunda isə artım 6.2 faiz təşkil edib. Bu dövr ərzində Azərbaycanın xarici ticarət dövriyəsi 8.3 faiz artıb,” – deyə nazir bildirib.