Azərbaycan internet ticarətinin inkişafı reytinqində irəliləyib

Xəbər - Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev – Trend:

Azərbaycan 2020-ci ildə internet ticarətinin inkişafı reytinqində öz mövqeyini yaxşılaşdırıb.

AzerTimes-ın məlumatına görə, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının illik hesabatında deyilir.

Hesabata əsasən, Azərbaycan 2020-ci ildə reytinqdə 152 ölkə arasında 65-ci yerdə qərarlaşıb.

Region ölkələrindən Rusiya 41, Gürcüstan 47, Türkiyə 57, Ermənistan 84-cü yer tutub.


İlk üçlükdə İsveçrə, Niderland və Danimarka yer alıb.