Azərbaycan ilk dəfə Xocalı faciəsini qalib ölkə kimi anır – ADA Universitetinin rektoru

Xəbər - Ceyla Əiyeva, tərcümə Orxan Nəbiyev – Trend:

Bu gün fevralın 26-da Azərbaycan tarixində xüsusi anım günü, Xocalı soyqırımının 29-cu ildönümüdür.

AzerTimes-ın məlumatına görə, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev faciənin ildönümünə həsr olunmuş tədbir zamanı deyib.

Onun sözlərinə görə, həmin gün yüzlərlə dinc sakin, o cümlədən qadın və uşaqlar erməni vandalizminin qurbanı olub.

Gənclərin bu günü unutmamasının əhəmiyyətini vurğulayan rektor qeyd edib ki, bu il Azərbaycan ilk dəfə həmin faciəni öz torpaqlarını erməni işğalından azad etmiş qalib ölkə kimi anır.

Teqlər: