Azərbaycan ilk dəfə heyvan xəstəliklərindən azad zona statusu almaq üçün müraciət edəcək

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycan region ölkələri arasında ilk dəfə heyvan xəstəliklərindən azad zona statusu almaq üçün müraciət edəcək.

AzerTimes-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı şöbəsinin müdiri Qabil Əbdüləliyev Azərbaycanda heyvan xəstəliklərindən azad zonaların yaradılması mövzusunda keçirilən tədbirdə çıxışında deyib.

Onun sözlərinə görə, dünyanın 183 ölkəsindən sadəcə 59-u bu statusa sahibdir.


“Təqdim edəcəyimiz sənədlərin hazırlanması üçün 10 ay vaxt verilib. Sənədlər hazır olduqdan sonra gələn ilin oktyabrında məsələyə baxılacaq”.

Teqlər: