Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi üzrə
danışıqlarda üçüncü tərəfə ehtiyac olmamalıdır.
AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlüd
Çavuşoğlu Antalya Diplomatiya Forumunda bildirib.
“Münasibətlər normallaşarsa, sülh sazişi olarsa, Ermənistanı
niyə bu sıraya daxil etməyək? Çünki biz sülh və sabitlikdən
danışırıq. Amma bunun üçün Ermənistanın da eyni anlayışı olması
lazımdır. Fikrimcə, sülh müqaviləsi üzrə danışıqlarda üçüncü tərəfə
ehtiyac olmamalıdır. Azərbaycan və Ermənistan bir yerdə oturub
danışıqlar aparmalıdırlar”, – deyə nazir qeyd edib.