Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Özbəkistan Beynəlxalq
İslam Akademiyasının (ÖBİA) müəllimi, prof., doktor Mokhira
Abdullayeva ali təhsil müəssisəsinin tələbə və müəllim heyəti
qarşısında məruzə ilə çıxış edib.
ÖBİA-nın müəllimi, prof., doktor Mokhira Abdullayeva Özbəkistan
Respublikasında İslam dininə aid veb-saytların təsnifatından bəhs
edib. Məruzəçi qloballaşan dünyada ölkənin təhlükəsizliyinin
qorunmasında, milli maraqların təmin olunmasında medianın rolundan,
onun cəmiyyətə təsirlərindən danışıb.
Daha sonra Mokhira Abdullayeva ölkədə olan dini tədqiqat
mərkəzləri, nəşriyyatlar, institutlar, akademiyalar və məscidlərin
veb-saytları haqqında söhbət açıb.
Tədbir müzakirələrlə davam edib.
Qeyd edək ki, Aİİ-nin qarşısına qoyduğu məqsədlərdən biri də ali
təhsil müəssisəsinin dünya miqyasında tanınmasına nail olmaqdır. Bu
istiqamətdə İnstitut ilahiyyat sahəsində tanınmış dünya
universitetləri ilə əlaqələr yaradır, ikitərəfli əməkdaşlığa dair
memorandumlar və müqavilələr imzalayır. Hazırda əməkdaşlıq
müqaviləsi çərçivəsində Aİİ-nin tələbələri xarici ölkə
universitetlərində ilahiyyat sahəsi üzrə təhsillərini davam
etdirirlər.