Qazaxıstanda fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam
Mədəniyyəti Universiteti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində
sözügedən ali təhsil müəssisəsinin iki tələbəsi təhsilini
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) davam etdirir. Bir semestr
davam edəcək tədris ingilis dilində aparılır. Dərslər öz sahəsinin
peşəkar mütəxəssisləri olan Aİİ-nin müəllimləri tərəfindən
keçirilir.
Qeyd edək ki, Aİİ-nin qarşısına qoyduğu məqsədlərdən biri də ali
təhsil müəssisəsinin dünya miqyasında tanınmasına nail olmaqdır. Bu
istiqamətdə İnstitut ilahiyyat sahəsində tanınmış dünya
universitetləri ilə əlaqələr yaradır, ikitərəfli əməkdaşlığa dair
memorandumlar və müqavilələr imzalayır. Hazırda əməkdaşlıq
müqaviləsi çərçivəsində Aİİ-nin tələbələri xarici ölkə
universitetlərində ilahiyyat sahəsi üzrə təhsillərini davam
etdirirlər.