Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanaraq imkansızı bacardı – Abdullah Ağar

İkinci Qarabağ müharibəsi hər kəsin öhdəsindən gələ biləcəyi bir
iş deyildi. Azərbaycan imkansızı bacardı.

Bunu Trend-in suallarını cavablayarkən Türkiyənin
tanınmış hərbi-siyasi eksperti Abdullah Ağar deyib.

Onun sözlərinə görə, Türkiyənin göstərdiyi mənəvi və siyasi
dəstək, Azərbaycan xalqının, ordusunun mübarizə əzmi ilə müharibədə
qalibiyyət əldə olundu.

“Qələbə ilə yaranan yeni reallıq daha da inkişaf etdirilməlidir.
Bunun üçün də bütün ünsürlərin – siyasi, hərbi, demoqrafik,
texnoloji, mənəvi – hər biri birlikdə koordinasiyalı şəkildə
istifadə edilməlidir və edilir. Digər bir tərəfdən isə
Azərbaycan-Türkiyə münasibətləri güclənməlidir. Çünki Azərbaycan –
Türkiyə əməkdaşlığı bir çox oyunu pozur. Ermənistan baş naziri
Nikol Paşinyanın KTMT iclasında etdiyi çıxış zamanı bildirdiyi
fikirlər bunun sübutudur. Türkiyə və Azərbaycan arasında inkişaf
edən birliyi, əməkdaşlığı pozmağa çalışanlar çoxdur, lakin bu cür
tələlərə düşməmək və mövcud münasibətləri istər iqtisadi, istər
hərbi – bir sözlə, bütün sahələrdə inkişaf etdirmək vacibdir”, –
deyə A.Ağar əlavə edib.

Teqlər: