Azərbaycan ikinci Qarabağ müharibəsində PUA-lardan uğurla istifadə edib – “The New York Times”

Azərbaycan ikinci Qarabağ müharibəsi zamanı pilotsuz uçuş
aparatlarından (PUA) uğurla istifadə edib.

Trend-in
məlumatına görə, bu barədə “The New York Times”da dərc olunan
məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, ikinci Qarabağ müharibəsi döyüş
əməliyyatları zamanı PUA-lardan istifadənin ən uğurlu nümunəsi
olub.

“O zaman Azərbaycanın PUA-ları Ermənistanın yüzlərlə tankını,
döyüş sursatı və zirehli texnikasını məhv edib. Azərbaycan Müdafiə
Nazirliyi döyüş meydanında pilotsuz təyyarələrdən səmərəli istifadə
edib və tez-tez öz saytında hücumların videolarını yerləşdirib”, –
məqalədə deyilir.

Vurğulanır ki, PUA-lar 2020-ci il müharibəsində Azərbaycanın
Ermənistan üzərində qələbəsində vacib rol oynayıb.

“İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan pilotsuz uçuş
aparatlarından kəşfiyyat, artilleriya və raket bölmələrini hədəfə
almaq və əməliyyat vəziyyəti haqqında tam təsəvvür formalaşdırmaq
üçün istifadə edib. PUA-lardan alınan məlumatların mükəmməl şəkildə
əlaqələndirilməsinə nümunə olaraq Ermənistan qoşunlarının
Xocavənddə istifadə etdiyi hava hücumundan müdafiə sisteminin
məqsədyönlü şəkildə məhv edilməsini göstərmək olar”, – məqalədə
deyilir.

Məqalədə o da bildirlir ki, Azərbaycan taktiki silah olan
pilotsuz uçuş aparatlarından operativ və strateji səviyyədə
səmərəli istifadə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: