Azərbaycanın Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib.
AzerTimes xəbər verir ki, bununla bağlı XİN-in X səhifəsindəki hesabında paylaşım edilib.
“Əfqanıstanda baş verən dağıdıcı daşqınlar bizi dərindən kədərləndirdi. Bu fəlakətdə həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk”, – paylaşımda bildirilib.
Bundan başqa, Azərbaycan Xarici İşlər Nazirliyi Braziliyaya da başsağlığı mesajı göndərib.
“Braziliyanın Rio-Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində yaranan dağıntılar və insan tələfatı bizi kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və bu fəlakətdən zərər çəkənlərə tezliklə şəfa diləyirik”, – başsağlığı mesajında qeyd olunub.