Azərbaycan idmançılarının nailiyyətləri Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev və Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva tərəfindən xalqın milli maraqlarına əsasən həyata keçirilən siyasətin nəticəsidir.
AzerTimes-ın məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Bakıda aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının a deyib.
Onun sözlərinə görə, beynəlxalq arenada idman tədbirlərinin yüksək səviyyəli təşkilatçısı kimi tanınan Azərbaycan bu gün start götürəcək daha bir idman yarışına ev sahibliyi edir:
“Aerobika gimnastikası üzrə Dünya çempionatının iştirakçılarını qədim Azərbaycan torpağında salamlayır, onlara ölkəmizə xoş gəlmisiniz deyirəm. Belə bir mötəbər yarışın ölkəmizdə keçirilməsi təsadüfi deyil. Bu qərarın qəbul edilməsində ilk növbədə ölkəmizin beynəlxalq nüfuzu, göstərilən etimad həlledici rol oynayıb”.
Nazir müavini bildirib ki, Azərbaycanın yüksək inkişaf tempi, bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurların əldə olunmasına imkan yaradıb:
“Dövlət başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. Bu yarışın Azərbaycanda keçirilməsinə etimad göstərdiklərinə görə beynəlxalq idman qurumuna təşəkkürümü bildirirəm”.
Onun fikrincə, Azərbaycanda idmanın inkişafına geniş prizmadan yanaşma və bu istiqamətdə aparılan uğurlu dövlət siyasəti öz səmərəli bəhrəsini verir:
“Ölkədə fəaliyyət göstərən idman qurumları – Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri vahid siyasət çərçivəsində ümumi işə xidmət edirlər. Azərbaycan Gimnastika Federasiyası da ölkəmizin ən fəal idman qurumlarından biri kimi uğurla fəaliyyət göstərir. Federasiyanın inkişaf etdirdiyi idman növlərində əldə olunan nəticələr bunu bir daha təsdiq edir. Bir necə gün əvvəl Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kuboku yarışlarında iştirak edən qrup komandamızın gərgin mübarizə şaraitində əldə etdiyi bürünc medal da buna parlaq nümunədir”.
O bildirib ki, aerobika gimnastikası da yeniyetmələr və gənclər tərəfindən sevilən və populyar olan bir idman növüdür:
Bu idman növü üzrə indi ölkəmizdə perspektivli idmançıların yeni nəsli yetişib. İdmançılarımızın əldə etdikləri qələbələr də qürurvericidir. Heç bir qələbə təsadüfi deyil. Bu qələbə üçün əzmlə, dəyanətlə çalışmaq lazımdır. Elə Azərbaycan idmançılarının ortaya qoyduğu nailiyyətlər də məhz bu əsaslara söykənir”.
Nazir müavinin sözlərinə görə, bütün bu nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev və birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva tərəfindən xalqın milli maraqlarına əsasən həyata keçirilən siyasətin nəticəsidir:
“Fürsətdən istifadə edib, ölkə idmanına göstərdikləri davamlı diqqət və qayğıya, COVİD-19 pandemiya dövründə dünya çempionatı kimi nüfuzlu yarışın ölkəmizdə keçirilməsinə görə cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya idman ictimaiyyəti adından dərin minnətdarlığımı ifadə edir, idmançılara isə yaranmış bu imkandan bəhrələnərək layiqli mübarizə aparmağı və qələbə qazanmalarını arzu edirəm”.
(Tərcümə: Orxan Nəbiyev)