Azərbaycan idmançıları Kazanda 34 medal qazandı

Azərbaycan idmançıları Kazanda 34 medal qazandı

Rusiyanın Kazan şəhərində keçirilən BRİKS Oyunlarına yekun vurulub.

AzerTimes xəbər verir ki, Azərbaycan boksçularından Seyid Seyidov (86 kiloqram) gümüş, Nəbi İsgəndərov (67 kiloqram), Mirşərif Kazımzadə (75 kiloqram), Tural Sarıyev (92 kiloqram) və Vətən Hüseynli (92 kiloqram) bürünc medala layiq görülüblər.

Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan komandası ikinci, şpaqa üzrə qızlardan ibarət yığma isə üçüncü yeri tutub.

Cüdoçulardan Musa Huseynli (90 kiloqram) və Camal Feyziyev (+100 kiloqram) bürünc mükafatın sahibi olublar.

İdmançılarımız multiidman yarışını ümumilikdə 34 medalla başa vurublar. Onlardan 4-ü qızıl, 9-u gümüş, 21-i isə bürüncdür. Bu nəticə ilə Azərbaycan Oyunlarda medal qazanan 32 ölkə arasında 7-ci yeri tutub.

Teqlər: