Trend xəbər verir ki, Azərbaycan idmançıları Akrobatika gimnastikası üzrə 11-ci Dünya yaş qrupları yarışlarında çıxış edəcəklər.
Yarış 23-29 iyun 2021-ci il tarixlərində Cenevrədə (İsveçrə) keçiriləcəkdir.
Yarışda Azərbaycanı qarışıq cütlüklərin tərkibində – Milana Əliyeva və Nizam Xamidulin (yaş kateqoriyası 12-19 yaş), Rauf Cabbarov və Samira Rüstəmova (12-19 yaş), Sabir Ağayev və Mehriban Salamova (13-20 yaş); qadın qrupları tərkibində – Leyla Əsgərova, Zəhra Bakıxanova və Xanım Məmmədzadə (11-17 yaş), həmçinin Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsum Məmmədzadə (12-19 yaş) təmsil edəcəklər.
Qeyd edək ki, Azərbaycan gimnastları bu gün ilk podium məşqlərini keçiriblər.