Bu gün Bakıda Milli Gimnastika Arenasında akrobatika
gimnastikası üzrə 28-ci dünya çempionatının üçüncü günü
keçiriləcək.
AzerTimes-ın məlumatına görə, bu
gün qadın cütlükləri, kişi və qadın qrupları arasında balans
hərəkətlər üzrə, kişi və qarışıq cütlüklər arasında temp hərəkətlər
üzrə final olacaq.
Final saat 16:00-da başlayacaq.
Kişi cütlükləri arasında temp hərəkətin finalında medallar
uğrunda mübarizəni Azərbaycan təmsilçiləri Daniel Abbasov və Murad
Rəfiyev dueti aparacaq. Onların finaldakı rəqibləri İspaniya,
Almaniya, Portuqaliya, Qazaxıstan və ABŞ təmsilçiləridir.
Bu gün həmçinin Azərbaycanın qarışıq cütlüyü Ağasif Rəhimov və
Raziyə Seyidli temp hərəkətinin finalında çıxış edəcək. Onların
finaldakı rəqibləri İspaniya, Portuqaliya, İsrail, Belçika və Böyük
Britaniyadan olan cütlüklərdir.
Qeyd edək ki, martın 10-13-də Bakıda Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatı keçirilir.
Çempionatda dünyanın 17 ölkəsindən 170 gimnast iştirak edir.
Yarışlarda qadın, kişi və qarışıq cütlüklərdə, qadın və kişi
qruplarında gimnastlar balans, temp və qarışıq hərəkətləri təqdim
edirlər.
(Müəllif: Cani Babayeva. Redaktor: Konstantin Şapiro)
Отметим, что 10-13 марта в Национальной арене гимнастики в Баку
проходит 28-й Чемпионат мира по акробатической гимнастике. В
чемпионате принимают участие 170 гимнастов из 17 стран мира.
На соревнованиях гимнасты в составе женских, смешанных и мужских
пар, женских и мужских групп представляют балансовые, темповые и
комбинированные упражнения.