ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik Gorunzurda (Kornidzor) sərhəd ərazisinə baş çəkib.
AzerTimes xəbər verir ki, bununla bağlı Ermənistan mətbuatı məlumat yayıb.
O, durbinlə Azərbaycanın Laçın yolunda qurduğu sərhəd-buraxılış məntəqəsini və qarşısında gözləyən “humanitar yardım” TIR-larının olduğu ərazini müşahidə edib.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Anjey Kaspşik iki gün öncə Ermənistana gedib və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla görüşüb. Azərbaycan isə Kaspşiki qəbul etməkdən imtina edib.