Azərbaycan hökumətinin səylərini dəstəkləyəcəyik – BMT rəsmisi

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan hökuməti münaqişədən sonra bəyan etdi ki, biz insanların həmin ərazilərə təhlükəsiz şəkildə qayıdışını təmin etməliyik.

AzerTimes-ın xəbərinə görə, bunu BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Vladanka Andreyeva “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, ərazilərin minalardan təmizlənməsinə, məşğulluq imkanının təmin edilməsinə çalışmalıyıq.

“BMT uzun müddət ərazində Azərbaycan hökumətinin tərəfdaşı olub. Biz davamlı şəkildə Azərbaycan hökumətinin göstərdiyi səyləri dəstəkləyəcəyik. Əlimizdən gələni edəcəyik ki, qadınlar da masa arxasında otursun.

Biz 5 məsələ ilə bağlı Azərbaycan hökuməti ilə razılığa gəlmişik. Onlardan biri də gender bərabərliyi ilə bağlıdır”,- deyə o bildirib.

O qeyd edib ki, gender bərabərliyi ilə bağlı dialoq önəmli rol oynayır. “Qadınlar və qızlar nəinki masa arxasında öz yerlərini tapmalı, həmçinin bərpa işlərində iştirak etməlidir”, – o bildirib.

Teqlər: