Azərbaycan hökuməti terror aktlarının qarşısının alınmasında fəaldır – ABŞ Dövlət Departamenti

2020-ci ildə Azərbaycan hökuməti terror aktlarının törədilməsi cəhdlərinin müəyyən edilməsi və qarşısının alınması üzrə fəal işləyib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin 2020-ci il üzrə terrorçuluqla bağlı illik hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri terror hücumlarının qarşısının alınması üçün əməliyyatlar keçirib, terrorçuluqda şübhəli bilinənləri həbs və təqib edib, eləcə Azərbaycan xaricində döyüş əməliyyatları aparan terrorçu qruplaşmalara qoşulmaqda və ya maliyyələşdirməkdə şübhəli bilinən və ölkəyə qayıdan azərbaycanlıları mühakimə edib.

“Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri ölkə ərazisində terror aktlarının aşkar olunması və qarşısının alınması üzrə adekvat bacarıqlar nümayiş etdirib” – hesabatda deyilir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: