Azərbaycan Hindistan şirkətlərini azad edilmiş ərazilərdə əməkdaşlığa cəlb etməyi planlaşdırır – Nazir müavini

Azərbaycan Hindistan şirkətlərini işğaldan azad edilmiş
ərazilərdə əməkdaşlığa cəlb etməyi planlaşdırır

AzerTimes-ın məlumatına görə,
bunu Bakıda keçirilən Hindistan məhsullarının ticarət sərgisində
ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev
deyib.

“Biz Hindistan şirkətlərini işğaldan azad edilmiş Azərbaycan
torpaqlarında görmək istəyirik”, – F.Əliyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Hindistanla yeni sahələrdə
əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

“Biz artıq sosial, iqtisadi, ekoloji sahələrdə əməkdaşlıq
edirik. Biz həmçinin yeni sahələrdə əməkdaşlığımızı genişləndirmək
niyyətindəyik”, – nazir müavini deyib.

Teqlər: