Azərbaycan 8-ci dəfə incəsənət sahəsində dünyanın məşhur
platformalarından birində-Venesiya Biennalesində təmsil olunacaq.
İki ildən bir keçiriləcən Venesiya Biennalesində ölkəmiz 2007-ci
ildən iştirak edir.
Trend xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə
59-cu Venesiya Biennalesindəki Azərbaycan pavilyonu “Sevmək üçün
doğulanlar” (“Born to love”) mövzusunda tərtib olunub.
Venesiyanın mərkəzi Müqəddəs Mark Meydanındakı qədim “Procuratie
Vecchie” binasında aprelin 21-də açılacaq milli pavilyonda
Azərbaycandan olan 7 rəssam – Juk (Nərmin İsrafilova), İnfinity,
Ramina Səadatxan, Fidan Kim (Novruzova), Fidan Axundova, Sabiha
Xankişiyeva, Ağdes Bağırzadənin əsərləri təqdim olunacaq. Milli
pavilyonda müasir incəsənət üzrə 7 rəssam müasir texnika və
üsullarla mövzu üzrə ideyalarını, eyni zamanda ölkəmizin zəngin
mədəni və tarixi xüsusiyyətlərini izləyicilərə çatdıracaq.
Biennale noyabrın 27- dək davam edəcək.