Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır.
Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat veriblər.
Nazirlik qeyd edib: “Bir daha bildiririk ki, bu tip məlumatlar əsasızdır və Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur”.