Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında yanğın baş verib.
Müdafiə Nazirliyi xəbər verir ki, nəticədə ərazidə partlama müşahidə olunub.
Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.
Yeni xəbər ▼
Hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində <и>6 nəfər yaralanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, onların hamısında qəlpə yaraları olub.