Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhədi yaxınlığında Laçın, Kəlbəcər, Daşkəsən rayonları istiqamətində Azərbaycana qarşı hərbi təxribata başlayıb.
AzerTimes xəbər verir ki, Azərbaycan Respublikasının Fransadakı səfirliyi Ermənistan silahlı qüvvələrinin hərbi təxribatana dair yerli jurnalistləri məlumatlandırmaq məqsədilə açıqlama yayıb.
Sənəddə Azərbaycan Ordusu tərəfindən hərbi hədəflərə qarşı cavab tədbirləri həyata bildirilir:
“Azərbaycan Ordusu tərəfindən mülki vətəndaşları müdafiə etmək, ərazidə aparılmış yenidənqurma işlərini dağıntılardan qorumaq məqsədilə cavab tədbirləri həyata keçirilir”.
Məlumatda Azərbaycan ordusunun açdığı atəş nəticəsində heç bir nəfər mülki vətəndaşın nə qətlə yetirilmədiyi, nə yaralanmadığı xüsusi vurğulanıb.
“Azərbaycan hərbi qüvvələri hücum edən Ermənistan silahlı qüvvələrini zərərləşdirmək məqsədilə atəş açıb. Azərbaycanın hərbi əməliyyatlar aparmaqda heç bir marağı yoxdur.
Ermənistanın təxribatçı əməllərindən əl çəkməməsi və Azərbaycan mövqelərini artilleriya vasitələrindən atəşə tutması bu ölkənin bölgədəki vəziyyətin gərginləşdirilməsində maraqlı olduğunu göstərir”, – sənəddə qeyd olunub.