Türkiyənin Konya vilayətində “Anadolu Qartalı-2022” beynəlxalq
taktiki uçuş təlimləri uğurla davam edir.
Trend xəbər verir ki, “Anadolu Qartalı-2022” xilasetmə və
havadan yardım hərəkatına nəzarəti möhkəmləndirmək, yaxından hava
dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən
ölkələr arasında hərbi hava qüvvələri sahəsindəki əməkdaşlığı
genişləndirmək məqsədi daşıyır.
Növbəti dəfə Azərbaycanın iştirakı ilə baş tutan təlimdə
ölkəmizin Hərbi Hava Qüvvələrinə məxsus üç şəxsi heyət komandası
ilə yanaşı iki “MI-27 1V” çoxtəyinatlı helikopterləri də nümayiş
olunur.
Qeyd edək ki, builki “Anadolu Qartalı” təlimlərində Türkiyə və
Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da
iştirak edir.