Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan
Ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması
istiqamətində görülən işlər davam etdirilir.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, “Efes-2022” çoxmillətli təlimə hazırlıq
mərhələsi çərçivəsində hərbi qulluqçularımız dəniz yolu ilə düşmən
arxasına sızma, sahil xəttinin minalardan təmizlənməsi, şərti
düşmənin sahildə yerləşən hərbi obyektinə basqın və terrorçuların
zərərsizləşdirilməsi üzrə fəaliyyətləri icra ediblər.
Qeyd edək ki, 2022-ci ilin may-iyun aylarında Türkiyə
Respublikasının İzmir şəhərində keçiriləcək “Efes-2022” çoxmillətli
təliminin dörd mərhələdə keçirilməsi planlaşdırılır.
Bundan başqa cari il ərzində hərbi qulluqçularımızın digər müxtəlif
beynəlxalq təlim və seminarlarda, o cümlədən konfranslarda iştirakı
da nəzərdə tutulub.