Azərbaycan Hərb Tarixi Muzeyində tədbir keçirilib (FOTO)

Noyabrın 4-də “Zəfər Günü” münasibətilə Azərbaycan Hərb Tarixi Muzeyində tarixi qələbənin qazanılmasının ildönümünə həsr olunan “Azərbaycan dövlətçiliyi: islahatlar və zəfər mərhələsi” mövzusunda tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabitləri, Müdafiə Nazirliyinin, şəhər muzeylərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Azərbaycanın tarixi Zəfəri ilə yekunlaşan müharibənin ədalətli və əsl Vətən müharibəsi olduğunu, bu Qələbənin Müzəffər Ali Baş Komandanın qətiyyəti, rəşadətli Ordumuzun şücaəti, xalqımızın birliyi hesabına qazanıldığını qeyd edib.


Sonda Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Hərbi orkestri, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tədbir iştirakçılarına qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən musiqi nömrələri təqdim edib.

Teqlər: