Azərbaycan hər zaman BMT prinsiplərinə sadiq olub – Nazir

Azərbaycan hər zaman BMT prinsiplərinə sadiq olub.

Trend-in
məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov ADA
Universitetində keçirilən BMT simulyasiya konfransında deyib.

“Azərbaycan hər zaman sülhün qurulmasına, digər ölkələrlə
diplomatik münasibətlərin möhkəmlənməsinə və BMT Nizamnaməsinə
sadiq olub”, – nazir deyib.

C.Bayraamov əlavə edib ki, konfrans Azərbaycanın BMT-yə üzv
olmasının 30 illiyi münasibətilə təşkil olunub.

Nazir xatırladıb ki, bu il ADA Universitetində Qoşulmama
Hərəkatının simulyasiya modeli üzrə konfrans keçirilib.

O əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində
təşəbbüslərə böyük diqqət ayırır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: