Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi
müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin
ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti
vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən
sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi
nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının
əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə,
həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata
keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün Azərbaycan
Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu
yaradılıb.
Böyük humanitar missiyanı özündə ehtiva edən Fonda könüllü
ödəmələr dayanmadan davam edir. Bu, cəmiyyətimizdə yaşanan milli
birliyin və həmrəyliyin göstəricisidir.
Azərbaycan həmkarlar ittifaqları da Fondun hesabına ianələr
edirlər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv
təşkilatları tərəfindən müxtəlif vaxtlarda Fondun hesabına
608 870 manat vəsait köçürülüb.
Bu işlərin davamı olaraq AHİK-in İcraiyyə Komitəsinin 4 mart
2022-ci il qərarı ilə daha 50 000 manat vəsait
Fondun hesabına köçürülüb.