Azərbaycan həmişə sülhün tərəfindədir və bu da bizə ümid verir – Qlobal Şəbəkənin təsisçisi

Azərbaycan həmişə sülhün tərəfindədir və bu da bizə ümid verir.
Cənubi Qafqazda sülhün bütün dünyaya təsir edəcəyinə əminəm.

AzerTimes-ın məlumatına görə, bunu Qadın Sülhqurucuları Qlobal
Şəbəkəsinin təsisçisi və rəhbəri Mavik Kabrera Balleza Bakıda
keçirilən Azərbaycanda Qadın, sülh və təhlükəsizlik üzrə Birinci
Milli Forumda deyib.

O bildirib ki, əgər uzunmüddətli sülh yoxdursa, davamlı inkişaf
ola bilməz. “Bizim çalışdığımız əsas məsələ qadınların
liderliyidir. Qadınların qərar qəbuletmə prosesində rolunun
artırılması vacibdir.

Pandemiya dövrü hər kəs üçün çətin oldu. Ancaq hansı ölkələrdə
ki, səhiyyə sistemində qərarqəbuletmə prosesində qadınların rolu
böyük idi, o ölkələr pandemiyaya daha asan qalib gəlməyi
bacardılar”, – deyə o qeyd edib.

Teqlər: