“Azərbaycan Hava Yolları” Müşahidə Şurasının tərkibində dəyişiklik edilib

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar
Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart
tarixli 2555 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Sərəncam verib.

Sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2555 nömrəli
Sərəncamının birinci hissəsində hər iki halda “nəqliyyat, rabitə və
yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat”
sözləri ilə, “Zaur Qurbanov” sözləri “Anar Novruzov” sözləri ilə
əvəz olunsun və həmin hissəyə “iqtisadiyyat nazirinin” sözlərindən
sonra “birinci” sözü əlavə edilib.

Teqlər: