Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterdəki paylaşımında deyilir.
Bildirilir ki, Azərbaycan və Gürcüstan beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətə və sadiqliyə əsaslanan strateji tərəfdaşlıqdan bəhrələnir.