Xəbər - Maryana Əhmədova – Trend:
2021-ci ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan yanacaq-sürtkü materiallarının idxalını 2020-ci ilin eyni dövrü ilə müqayisədə (319,8 milyon dollar) 6,5 faiz artıraraq 340,9 milyon dollara çatdırıb.
Bu barədə Trend Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Gürcüstan həmçinin 2021-ci ilin noyabr ayında da Azərbaycandan yanacaq-sürtkü materialları idxalını 2020-ci ilin müvafiq dövrü (35,6 milyon dollar) ilə müqayisədə 15,1 faiz, öncəki ayla (40 milyon dollar) müqayisədə isə 2,5 faiz artıraraq 41 milyon dollara çatdırıb.
Beləliklə, Azərbaycan 2021-ci ilin yanvar-noyabr aylarında Gürcüstana yanacaq-sürtkü materialları ixrac edən ölkələr arasında birinci yerdədir. Daha sonra Rusiya (239,6 milyon dollar) və Türkmənistan (175,7 milyon dollar) gəlir.
2021-ci ilin yanvar-noyabr aylarında Gürcüstanın ümumi yanacaq və sürtkü materialları idxalı 2020-ci ilin eyni dövrü (812,1 milyon dollar) ilə müqayisədə 35,4 faiz artaraq 1,1 milyard dollara çatıb.