Azərbaycan bu çətin zamanda Gürcüstanın yanındadır.
AzerTimes xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarı İlya Darçiaşviliyə Tvitter hesabında ünvanladığı başsağlığında bildirib.
XİN başçısı Gürcüstanın Qudauri bölgəsində sərhəd polisi helikopterinin qəzaya uğraması barədə xəbərdən çox kədərləndiyini qeyd edib:
“Biz həlak olanların ailələrinə və dost Gürcüstan xalqına dərin hüznlə başsağlığı veririk”.